REGİONLAR


Neftçalada arpa biçini başa çatıb

Neftçala, 17 iyun, Mahir Babayev, AZƏRTAC

Neftçalanın fərdi fermer təsərrüfatlarında arpa biçini uğurla yekunlaşıb.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, ötən ilin payızında rayonda 39 min 386 hektar sahədə taxıl əkilib. Bunun 31 min 404 hektarı arpa, 7 min 982 hektarı isə buğdadır.

Biçin kampaniyasına mütəşəkkil başlayan torpaq mülkiyyətçiləri qısa müddətdə arpa yığımını başa çatdırıblar. Biçin aparılan arpa sahələrindən 86 min 180 ton məhsul götürülüb. Hər hektarın məhsuldarlığı 27 sentner çox olub.

Hazırda buğda sahələrinin məhsulu yığılır. Qısa müddətdə 735 hektar buğda sahəsindən 205 ton məhsul əldə olunub. Buğda sahələrinin məhsuldarlığı orta hesabla 28,5 sentner təşkil edir.

Qeyd edək ki, Neftçalada məhsul yığımına 120 kombayn cəlb olunub və gün ərzində 250-300 hektar sahənin taxılı yığılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.