REGİONLAR


Neftçalada bu mövsüm 206.2 ton sarımsaq istehsal olunub

Neftçala, 19 iyul, Mahir Babayev, AZƏRTAC

Neftçalada bu mövsüm 168.2 hektar sahədə tərəvəz əkilib ki, bunun da 60.3 hektarın sarımsaq bitkisi təşkil edib. Təsərrüfatın bu sahəsi gəlirli olduğu üçün rayonda fəaliyyət göstərən fermerlər bu bitkinin əkininə daha çox maraq göstərirlər.

Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, məhsul yığımına vaxtında başlayan torpaq mülkiyyətçiləri qısa müddətdə sarımsaq sahələrindən 206.2 ton məhsul götürüblər. Əkin sahələrinin hər hektarının məhsuldarlığı 34.2 sentner olub.

Rayonun Qırmızıkənd kəndinin sakini fermer Tapdıq Qasımov uzun illərdir bu bitkinin əkini ilə məşğul olur və hər il də yaxşı mənfəət götürür. Məhsul istehsalçısı bu il becərdiyi sarımsaq sahəsinin hər hektarından 50 sentner məhsul götürərək 25 ton sarımsaq istehsal edib. Torpaq sahibinin dediyinə görə istehsal etdiyi məhsulu ötən illərdə olduğu kimi bu il də yerli bazarlara çıxaracaq.

Qeyd edək ki, T.Qasımov növbəti ildə əkin sahəsini 6 hektara çatdırmaq fikrindədir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.