REGİONLAR


Neftçalada çiyid səpini başa çatıb

Neftçala, 11 may, Mahir Babayev, AZƏRTAC 

Neftçalada çiyid səpini müvəffəqiyyətlə başa çatıb.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, istehsal müəssisələri ilə müqavilə bağlayan “ağ qızıl” ustaları qısa müddətdə 5 min 100 hektar sahədə səpin keçiriblər. Bu, nəzərdə tutulduğundan 100 hektar çoxdur. İlkin mərhələdə səpin aparılmış Xol zonasının 2 min hektarında yaxşı bitiş alınıb.

Ötən il neftçalalı pambıqçılar 9 min 900 ton xam pambıq istehsal ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.