REGİONLAR
Neftçalada çiyid səpini başa çatıb
Neftçala, 16 may, Mahir Babayev, AZƏRTAC
Neftçalada çiyid səpini müvəffəqiyyətlə başa çatıb.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, cari ildə rayonda 6 min hektardan çox sahədə pambıq əkilməsi nəzərdə tutulub. İstehsal müəssisələri ilə müqavilə bağlayan “ağ qızıl” ustaları qısa müddətdə 6 min 822 hektar sahədə səpin aparıblar. Bu da ötən ildəkindən 848 hektar çoxdur. İlkin mərhələdə səpin aparılmış 4 min 420 hektar sahədə yaxşı bitiş alınıb.
Hazırda pambıqçılar sahələrdə kultivasiya işləri görür, xəstəlik və zərərvericilərə qarşı dərmanlama aparırlar.
Qeyd edək ki, ötən il neftçalalı pambıqçılar 5 min 973 hektar pambıq sahəsindən 23 min 41 ton məhsul toplayıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]