REGİONLAR


Neftçalada kənd təsərrüfatı məhsullarının satış yarmarkası təşkil olunub

Neftçala, 16 mart, Mahir Babayev, AZƏRTAC

Neftçalada rayon icra hakimiyyəti və Dövlət Aqrar İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə Novruz bayramı ərəfəsində kənd təsərrüfatı məhsullarının satış yarmarkası təşkil olunub. Yarmarkanın təşkilində məqsəd fermerlərin və sahibkarların öz məhsullarını əlverişli şəraitdə sata, əhalinin isə bu məhsulları ucuz qiymətə ala bilmələridir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yarmarkaya 38 çeşiddə müxtəlif kənd təsərrüfatı məhsulları çıxarılıb. Bu məhsullar bazarlardan, eləcə də digər ticarət şəbəkələrindən 25-30 faiz ucuz qiymətə təklif edilir. Əhalinin ərzaq məhsullarına olan tələbatını tam ödəmək üçün hər gün 15-20 fermer təsərrüfatı öz məhsullarını yarmarkaya çıxarır. Yarmarka sakinlər tərəfindən razılıqla qarşılanır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.