Neftçalada mağazaya basqın edən şəxs saxlanılıb
AzerTAg.az
Neftçala, 19 yanvar, Aydın Yavərzadə, AZƏRTAC
Yanvarın 18-də axşam saatlarında Neftçala rayonunun Bankə qəsəbə sakini, 1980-ci il təvəllüdlü Təhməzov Azad Əbülfəz oğlu şəhər ərazisində yerləşən “Neftçala market” adlı ərzaq mağazasına girərək satıcılardan nisyə mal istəyib. Onun istəyini yerinə yetirməkdən imtina edən satıcılara etiraz əlaməti olaraq həmin şəxs əlindəki dəmir parçası ilə vitrinləri dağıdıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, hadisənin Neftçala rayonu Bankə qəsəbə sakini, əvvəllər məhkum olunmuş Azad Təhməzov tərəfindən törədildiyi təsdiqlənib. Həmin şəxs rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb, araşdırmalar davam etdirilir.



Xəbərin mətnində orfoqrafik səhv var