REGİONLAR


Neftçalada modul tipli məktəb binasının quraşdırılması başa çatmaq üzrədir

Neftçala, 5 avqust, Mahir Babayev, AZƏRTAC 

Prezident İlham Əliyevin Sərəncamı ilə ayrılan vəsait hesabına Neftçalada Yenikənd kənd ibtidai məktəb üçün 20 şagird yerlik modul tipli binanın quraşdırılması başa çatmaq üzrədir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, məktəb binası 4 sinif, müəllimlər, direktor otaqlarından və digər yardımçı otaqlardan ibarət olacaq. Bina dayanıqlı su, istilik və elektrik enerjisi ilə təmin olunub. Məktəb yeni inventar və texniki vasitələrlə təchiz olunacaq. Təhsil ocağının binasının yeni tədris ilində istifadəyə verilməsi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.