REGİONLAR
Neftçalada ötən ildəkindən 3,5 faiz çox süd istehsal olunub
Neftçala, 5 aprel, Mahir Babayev, AZƏRTAC
Neftçalada kənd təsərrüfatının digər sahələri ilə yanaşı, heyvandarlığın inkişafına da xüsusi diqqət yetirilir. Rayonda bu sahənin inkişafını daha da sürətləndirmək, heyvandarlıq məhsulları istehsalını artırmaq məqsədilə yeni-yeni heyvandarlıq təsərrüfatları yaradılır, mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasına xüsusi önəm verilir. Həyata keçirilən tədbirlər nəticəsində rayonda heyvanların baş sayı, ət, süd və yun istehsalı ilbəil artır.
Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, hazırda ayrı-ayrı heyvandarlıq və fərdi təsərrüfatlarda 43 min 570 baş iribuynuzlu mal-qara və 144 min 869 baş qoyun-keçi saxlanılır. Qoyun və keçilərin baş sayı ötən ilin eyni dövrü ilə müqayisədə 3 min 42 baş çoxdur. Təsərrüfatlarda mal-qara və davarların baş sayının artması süd istehsalına da güclü təkan verib. Belə ki, cari ilin 3 ayında rayonda 5 min 281,3 ton süd istehsal olunub. Bu isə ötən ildəkindən 178,5 ton və ya 3,5 faiz çoxdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]