REGİONLAR


Neftçalada pambığın 70 faizi maşınla yığılacaq

Neftçala, 20 sentyabr, Mahir Babayev, AZƏRTAC

Neftçalada pambıqyığan maşınlar sahələrə çıxarılıb. Hazırda tarlalarda 3 pambıqyığan maşın işləyir.

AZƏRTAC xəbər verir ki, tarlaya ilk olaraq maşın çıxaran rayonun Yuxarı Qaramanlı kəndində fəaliyyət göstərən fermer İmaməddin Dadaşov olub. Uzun illər pambıqçılıqla məşğul olan İ.Dadaşov ötən il əkdiyi 47 hektar pambıq sahəsinin hər hektarından 35 sentner məhsul götürüb. Pambıqçı bu il əkin sahəsini genişləndirərək 100 hektara çatdırıb. Sahəyə aqrotexniki qaydada qulluq edildiyindən tarlalarda bol məhsul yetişib. Fermer ötən ildən fərqli olaraq bu il məhsulun hamısını maşınlarla toplamağı nəzərdə tutub. Odur ki, bütün sahələr dərmanlanıb, kolların yarpağı tökülüb, qozaların hamısı açıb. Atıq ötən gün maşınlar sahəyə çıxarılıb və gün ərzində 10 hektar sahənin məhsulu yığılır.

Fermer İmaməddin Dadaşov AZƏRTAC-a müsahibəsində deyib ki, pambığın maşınla yığılması çox sərfəlidir. Əl ilə yığım zamanı məhsulun itkisi çox olur. Həm də bizə baha başa gəlir. Məhsulun maşınla toplanması 70-80 faiz gəlir gətirir. Odur ki, bu mövsüm rayonda pambığın maşınla yığılmasına üstünlük verilib.

Qeyd edək ki, bu il Neftçalada 12 min hektar sahədə pambıq becərilib və məhsulun 70 faizinin maşınla yığılması nəzərdə tutulub.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.