REGİONLAR


Neftçalada qadın biznes inkubatorlarının yaradılması məsələləri müzakirə edilib

Bakı, 2 noyabr, AZƏRTAC

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi noyabrın 2-də Neftçala rayonunda Qadın Resurs Mərkəzində iqtisadi zorakılığın qarşısının alınması və qadın biznes inkubatorlarının yaradılmasına həsr olunan tədbir keçirib.

Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, tədbirin məqsədi məişət zorakılığının bir növü olan iqtisadi zorakılığının qarşısının alınması, regionlarda biznesə başlayan qadınların qarşılaşdıqları problemlər və onların aradan qaldırılması, yeni biznesə başlayan qadınların maliyyə savadlılığının artırılması, biznes planlarının qurulması, mövcud qadın biznes subyektlərinin gücləndiriməsi, eyni zamanda, “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi” üzrə Tədbirlər Planının 4.4 bəndinin (Qadın sahibkarlığının inkişaf etdirilməsi) 4.4.3 yarımbəndinin (Qadın biznesi-inkubatorlarının yaradılması) 4-cü hissəsinin (Qadın biznesi-inkubatorlarının yaradılması ilə bağlı müvafiq tədbirlərin görülməsi) icrasını təmin etməkdir.

Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Neftçala Rayon İcra Hakimiyyəti başçısının müavini Gültəkin Sadıqova, Bakı Biznes Tədris Mərkəzinin informasiya resursları və texnologiyaları şöbəsinin müdiri, “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi” üzrə Tədbirlər Planının “Qadın Biznes inkubatorlarının yaradılması” tədbirlərinin icrası üzrə İşçi Qrupunun rəhbəri Vidadi Baxışov, Azərbaycan Qadın Sahibkarların İnkişafı Assosiasiyasının rəhbəri Səkinə Babayeva, BMT-nin İnkişaf Proqramının layihə rəhbərləri Nadir Quluzadə və Gülarə Hümbətova, süd məhsulları istehsalçısı, fərdi sahibkar (Neftçala rayonu) Sevinc Ağayeva, Kompüter Biznes Mərkəzinin rəhbəri, fərdi sahibkar (Neftçala rayonu) Zümrüd Məmmədova çıxış ediblər.

Həmçinin tədbirdə Masallı və Salyan rayonunun Resurs mərkəzlərinin rəhbərləri də iştirak edib.

Tədbirdə biznes fəaliyyətinə yeni başlayan qadınlara biznes planlarının tərtib olunması, qadın inkubatorun gələcək fəaliyyəti, həyata keçiriləcək təlimlər barədə məlumat verilib və qadınların biznes fəaliyyətinin qurulması ilə bağlı sualları mütəxəssislər tərəfindən cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.