REGİONLAR


Neftçalada sahələrdən 1500 tondan çox tərəvəz yığılıb

Neftçala, 4 oktyabr, Mahir Babayev, AZƏRTAC

Cari təsərrüfat ilində neftçalalı fermerlər 168,2 hektar sahədə tərəvəz becəriblər. Fermerlər indiyədək sahələrdən 1502,2 ton məhsul toplayıblar. Tərəvəz sahələrinin hər hektarının məhsuldarlığı 90,4 sentner olub.

Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, fermerlər əkdikləri 29,2 hektar xiyar sahəsindən 359, 38,5 hektar pomidor sahəsindən 525, 1,3 hektar soğan sahəsindən 9,1, 15,4 hektar badımcan sahəsindən 202, 16,2 hektar bibər sahəsindən 165 və 5,2 hektar digər tərəvəz sahəsindən isə 36,4 ton məhsul istehsal ediblər.

Məhsul istehsalçıları sarımsaq sahələrindən daha çox məhsul götürüblər. Onlar əkdikləri 60,3 sarımsaq sahəsindən 206 ton məhsul götürüblər. Sarımsaq sahələrinin hər hektarının məhsuldarlığı 34,2 sentner olmuşdur ki, bu da ötən ildəkindən xeyli çoxdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.