REGİONLAR


Neftçalada sahələrdən 22,6 min tondan çox pambıq yığılıb

Neftçala, 17 noyabr, Mahir Babayev, AZƏRTAC

Neftçalada pambıq plantasiyalardan bu günədək 22 min 603 ton məhsul toplanılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6713 ton çoxdur. Hər gün plantasiyalardan 35-40 ton pambıq yığılır. Məhsuldarlıq 37,8 sentnerə çatır. Mövsümün əvvəlindən yığılan pambığın 19 min 556 tonu maşınların köməyi ilə toplanıb. Hazırda pambıq plantasiyalarında 32 pambıqyığan kombayn işləyir və hər gün tədarük olunan məhsulun 85-90 faizi bu maşınların köməyi ilə toplanır.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, cari ildə rayonda 5972 hektar sahədə pambıq əkilib. Torpaq mülkiyyətçiləri tərəfindən bitkiyə nümunəvi qulluq göstərildiyindən bu il sahələrdə məhsul boldur. Sahibkarlar yetişdirdikləri pambığın son qozasınadək toplamaq üçün bütün qüvvələrini sərf edirlər.

Rayonun Xol, Boyat, Sarıqamış, Mirzəqurbanlı zonalarında yığım kampaniyası daha mütəşəkkil təşkil olunub. Dövlət tərəfindən qeyri-neft sektorunun, xüsusilə pambıqçılığın inkişafına göstərilən hərtərəfli dəstək bu zonalarda fəaliyyət göstərən fermerlərin pambıq əkininə olan marağını xeyli artırıb. Həmin ərazilərdə fəaliyyət göstərən fermerlər bu mövsüm ötən ildəkindən qat-qat çox məhsul yetişdirib və yığım aparılan sahələrin hər hektarından 40-45 sentner məhsul götürürlər.

Qeyd edək ki, ötən il neftçalalı pambıqçılar sahələrdən 16 min 71 ton pambıq yığıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.