REGİONLAR
Neftçalada sahələrdən ötən ilin eyni dövrü ilə müqayisədə 6,9 faiz çox tərəvəz yığılıb
Neftçala, 18 sentyabr, Mahir Babayev, AZƏRTAC
Neftçalalı fermerlər cari ilin məhsulu üçün erkən yazda 124 hektar sahədə tərəvəz əkiblər. Məhsul istehsalçıları sahələrə yaxşı qulluq etdiklərindən bol məhsul yetişib.
Rayon statistika idarəsinin rəisi Şahin Mənəfov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, artıq əkinçilər 1375,2 ton məhsul toplayıblar. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6,9 faiz çoxdur. Yığılan məhsulun 403,9 tonunu xiyar, 360,2 tonunu pomidor, 24,4 tonunu sarımsaq, 9 ton soğan 402,6 tonunu badımcan, 8,4 tonunu kələm, 111,3 tonunu bibər və 39,3 tonunu isə digər tərəvəzlər təşkil edir.
Əkinçilər, həmçinin sahələrdən 7 min 523 ton qarpız-yemiş də toplayıblar.
Rayonda tərəvəz yığımı davam edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]