REGİONLAR


Neftçalada şəhid ailələri və qazilərlə görüş keçirilib

Neftçala, 7 may, Mahir Babayev, AZƏRTAC

Neftçala rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə şəhid ailələri və qazilərlə görüş keçirilib.

Görüşdə Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalmış baş gizir Camal İsmayılov, gizir Maarif Əliyev, kapitan Samid Əsgərov, Nicat Xankişiyev, Məhəmməd Kərimli və İbrahim Mənəfovun ailə üzvləri, həmçinin qazilər Murad Əhmədov və Əbülfəz Quliyev iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə çıxış edən mərkəzin direktoru Könül Məmmədova bildirib ki, ölkəmizin ərazi bütövlüyünün qorunması, Vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur. Azərbaycanın bütövlüyü uğrunda, torpaqlarımızın qorunmasında canlarından keçmiş şəhidlərimizin ömür yolu gənclərimizə örnəkdir.

Görüşdə çıxış edən şəhid anaları qəhrəman övladlarının keçdiyi döyüş yolundan, onların yüksək vətənpərvərlik, cəsurluq, müsbət əxlaq, əqidə hisslərindən danışıblar.

Vətən müharibəsinin qaziləri çıxışlarında qeyd ediblər ki, Azərbaycanın elə bir bölgəsi tapılmaz ki, orada şəhid məzarı olmasın. Onların xatirəsini yad etmək, şəhid ailələrinə hörmətlə yanaşmaq hər birimizin vətəndaşlıq borcudur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.