REGİONLAR
Neftçalada tərəvəz sahələrindən 843 tondan çox məhsul yığılıb
Neftçala, 14 avqust, Mahir Babayev, AZƏRTAC
Neftçalalı fermerlər cari ilin məhsulu üçün erkən yazda 136,3 hektar sahədə tərəvəz əkiblər. Məhsul istehsalçıları bitkiyə yaxşı qulluq etdiklərindən sahələrdə bol məhsul yetişib.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, torpaq mülkiyyətçilərinin gərgin zəhməti sayəsində sahələrdə bol məhsul yetişib. Xeyli vaxtdır ki, əkinçilər sahələrdə yetişmiş məhsulun yığımını aparır və bu günədək 85,2 hektardan 843,4 ton tərəvəz tədarük edilib. Yığılmış məhsulun 263,5 tonu xiyar, 212,4 tonu pomidor, 77 tonu sarımsaq, 6,9 tonu soğan, 162,7 tonu badımcan, 97,9 tonu bibər, 23 tonu isə digər tərəvəzdir. Əkinçilər yığdıqları məhsulu Bakı və digər iri şəhərlərin bazar və ticarət şəbəkələrinə göndərirlər.
Rayonda tərəvəz yığımı davam edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]