REGİONLAR


Neftçalada tərəvəz yığımı başa çatıb

Neftçala, 11 noyabr, Mahir Babayev, AZƏRTAC

Neftçalalı fermerlər cari ilin məhsulu üçün erkən yazda 124 hektar sahədə tərəvəz əkiblər. Məhsul istehsalçıları bitkiyə yaxşı qulluq etdiklərindən sahələrdə məhsul bol olub.

Rayon Statistika İdarəsinin rəisi Şahin Mənəfov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, artıq əkinçilər tərəvəz sahələrindən 1438,9 ton məhsul toplayaraq yığımı başa çatdırıblar. Hər hektarın məhsuldarlığı 116 sentner olub. Yığılan məhsulun 403,9 tonunu xiyar, 360,2 tonunu pomidor, 24,4 tonunu sarımsaq, 9 tonunu soğan, 402,6 tonunu badımcan, 8,4 tonunu kələm, 138,3 tonunu bibər, 52,9 onunu boranı, 39,2 tonunu isə digər tərəvəzlər təşkil edib.

Əkinçilər, həmçinin sahələrdən 7 min 523 ton qarpız-yemiş də toplayıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.