REGİONLAR


Neftçalada üzüm sahələrindən 245 tondan çox məhsul yığılıb

Neftçala, 15 sentyabr, Mahir Babayev, AZƏRTAC

Neftçalanın üzüm bağlarından məhsul yığımına başlanılıb. Üzümçülər qısa müddətdə rayonda mövcud olan 134,1 hektar üzüm sahəsindən 245,2 ton məhsul toplayıblar.

Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, ötən il bağlardan 419 ton məhsul tədarük edən üzümçülər cari ildə də bağlarda bol məhsul yetişdiriblər. Yığıma mütəşəkkil başlayan bağbanlar qısa müddətdə 245,2 ton məhsul toplayıblar. Yığılan məhsulun üçdəiki hissəsi Aşağı Qaramanlı, Cəngan və Xolqarabucaq kəndlərinin payına düşür. Ən yüksək nəticəni isə Aşağı Qaramanlı kəndində fəaliyyət göstərən fermerlər qazanıblar. Onlar becərdikləri 90 hektar üzüm bağından indiyədək 160 tondan çox məhsul yığıblar.

Üzüm yığımı davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.