REGİONLAR


Neftçalada yarım ildə süni mayalanma yolu ilə 1037 baş buzov alınıb

Neftçala, 11 iyul, Mahir Babayev, AZƏRTAC

Neftçalada aqrar sektorun digər sahələri ilə yanaşı, heyvandarlığın inkişafına da xüsusi diqqət yetirilir. Rayonda bu sahənin inkişafını daha da sürətləndirmək, heyvandarlıq məhsullarının istehsalını artırmaq məqsədilə hər il yeni-yeni heyvandarlıq təsərrüfatları yaradılır ki, bu da öz növbəsində ət və süd istehsalının, mal-qaranın baş sayının artmasına səbəb olur.

Son illər rayonda mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində də xeyli iş görülüb. Bu məqsədlə xarici ölkələrdən ətlik və südlük istiqamətli düyələr gətirilərək artırılır, süni mayalanma məntəqələrinin şəbəkəsi genişləndirilir.

Rayon statistika idarəsinin rəisi Şahin Mənəfov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, hazırda rayonda 8 süni mayalanma məntəqəsi fəaliyyət göstərir. Cari ildə bu məntəqələrin mütəxəssislər tərəfindən mayalanma aparılan 2 min 63 baş inək və düyədən 1037 baş cins tərkibi yaxşılaşdırılmış buzov alınıb ki, bu da ötən ilin 6 ayı ilə müqayisədə 516 baş çoxdur. Mayalanma aparılmış hər 100 baş inəyə 52 bala düşüb.

Süni mayalama yolu ilə alınan buzovlara görə maldarlara 103 min 700 manat subsidiya ödənilib.

Rayonun Yuxarı Qaramanlı kəndində fəaliyyət göstərən fermer İlkin Əsgərovun dediyinə görə, süni mayalanma yolu ilə alınan buzovlar rayonun iqlim şəraitinə tez uyğunlaşır və bu yolla alınan heyvanların həm diri çəkisi, həm də südü yerli inəklərinkindən 3-4 dəfə çox olur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.