REGİONLAR


Neftçalada yol qəzası zamanı bir nəfər ölüb

Neftçala, 2 iyul, Mahir Babayev, AZƏRTAC

Neftçalada bir nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə ötən gün axşam saatlarında rayonun Şirvanlı kəndi ərazisində qeydə alınıb. Neftçala sakini Elxan Dadaşov idarə etdiyi “Pajero” markalı minik avtomobili ilə hərəkətdə olarkən naməlum səbəbdən idarəetməni itirib və avtomobil yolun kənarına aşıb. Qəza nəticəsində sürücü ağır xəsarət alıb. Nəqliyyat vasitəsində olan rayon sakini Rəşid Əsgərov aldığı zərbədən hadisə yerində vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.