REGİONLAR
Neftçalanın taxıl sahələrindən 103 min tondan çox məhsul yığılıb
Neftçala, 3 iyul, Mahir Babayev, AZƏRTAC
Neftçalada taxıl yığımı başa çatıb. Rayonun fermer və torpaq mülkiyyətçiləri 50 min hektardan çox sahənin məhsulunu vaxtında yığa biliblər.
Rayon kənd təsərrüfat idarəsindən AZƏRTAC-a bildiriblər ki, biçin aparılmış 43 min 336 hektar arpa sahəsindən 95 min 920 tondan çox məhsul götürülüb. Hər hektarından 23 sentner arpa yığılıb ki, bu da ötən illə müqayisədə 1,5 sentner çoxdur. Biçin aparılmış 7 min 828 hektar buğda sahəsindən isə 22 min 829 ton məhsul əldə olunub. Ümumilikdə rayonun taxıl zəmilərindən 103 min tondan çox taxıl yığılıb.
Rayonun taxıl istehsalçıları arasında ən yüksək nəticəyə fermer Təvəkkül Məmmədov nail olub. O, becərdiyi 600 hektar taxıl sahəsinin hər hektarında 29,5 sentner məhsul yığmaqla 17,7 ton taxıl tədarük edib. Təvəkkül Məmmədov deyir ki, taxılçılıqla məşğul olduğu son 10 il ərzində ilk dəfədir bu qədər yüksək məhsul götürüb.