REGİONLAR
Neftçalanın taxıl sahələrindən 121 min 316 ton məhsul yığılıb
Neftçala, 11 iyul, Mahir Babayev, AZƏRTAC
Neftçalanın fərdi fermer təsərrüfatlarında taxıl yığımı başa çatıb.
Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, biçin kampaniyasına mütəşəkkil başlayan torpaq mülkiyyətçiləri qısa müddətdə 51 min 275 hektar taxıl sahəsində biçin aparmış və 121 min 316.8 ton məhsul toplayıblar. Yığılan taxıl ötən il ilə müqayisədə 2 min 566.1 ton çoxdur. Məhsulun 96 min 595.7 tonu arpa, 24 min 721.1 tonu isə buğdadır. Arpa sahəsinin hər hektarının məhsuldarlığı 22.4, buğda sahələrinin isə 30.1 sentnerə çatıb. Ayrı-ayrı fermer təsərrüfatlarda məhsuldarlıq ümumi rayon göstəricisindən də yüksək olub.
Qeyd edək ki, ötən il neftçalalı fermerlər biçin apardıqları 51 min 154 hektar taxıl zəmisindən 118 min 750 ton məhsul istehsal ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]