REGİONLAR


Neftçalanın ümumtəhsil məktəblərini bitirən məzunlardan 10 nəfəri 600-dən yuxarı bal toplayıb

Neftçala, 15 avqust, Mahir Babayev, AZƏRTAC

Neftçalanın tam orta məktəblərini bitirən 506 məzundan 223 nəfəri respublikanın müxtəlif ali məktəblərinə qəbul olunub.

Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, 2018-2019-cu tədris ilində rayonun 28 tam orta məktəbini 506 şagird bitirib. Onlardan 315 nəfəri ali və orta ixtisas təhsili məktəblərinə keçirilən qəbul imtahanlarında iştirak edib. Məzunlardan 223 nəfəri test suallarını düzgün cavablandıraraq respublikanın müxtəlif təhsil ocaqlarına qəbul olublar. On nəfər 600-dən yuxarı, 34 nəfər isə 500-600 arası bal toplayıb.

Rayon üzrə ən yüksək nəticəni humanitar təmayüllü “Muğan” liseyinin məzunu Hüseyn Abızadə əldə edib. O, 650 bal toplayaraq, Bakı Ali Neft Məktəbinin neft- qaz mühəndisliyi fakültəsinə qəbul olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.