İDMAN


“Neftçi Esports” E Milli Liqaya qələbə ilə başlayıb

Bakı, 4 iyun, AZƏRTAC

“Neftçi Esports” futbol üzrə E Milli Liqaya qələbə ilə başlayıb.

AZƏRTAC xəbər verir ki, “Qoşqar” klubu ilə birinci görüşdə 6:1 hesabı ilə qalib gələn Bakı təmsilçisi cavab matçında rəqibin qapısından 5 cavabsız top keçirib. Bununla da ümumi hesab 11:1 olub.

“Neftçi Esports”un mübarizə apardığı E qrupunun digər matçda isə “Ağsu” “Ərkivan”ı 8:6 (6:2, 2:4) hesabı ilə məğlub edib.

“Neftçi Esports” birinci turdan sonra qrupda birinci pillədə qərarlaşıb.

Qeyd edək ki, 7 qrupdan ibarət olan və 28 komandanın qatıldığı turnirin qrup mərhələsində ilk iki yeri tutan komandalarla yanaşı, ən yaxşı üçüncü olan 2 komanda pley-off mərhələsinə vəsiqə qazanacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.