İDMAN


“Neftçi İdman Klubu”nun atıcıları ölkə çempionatını 4 medalla başa vurublar

Bakı, 2 iyul, AZƏRTAC

Bakı Atıcılıq Mərkəzində güllə atıcılığı üzrə Azərbaycan çempionatına yekun vurulub. Çempionatda 48 idmançı pnevmatik tapançadan, 19-u isə tüfəngdən atəşaçma yarışlarında mübarizə aparıblar.

AZƏRTAC xəbər verir ki, “Neftçi İdman Klubu”nun təmşilçiləri ölkə çempionatını 4 medalla başa vurublar.

Qadınların pnevmatik tapançadan atəşaçma yarışında Lalə Mirzəzadə 550 xalla gümüş medala layiq görülüb. Zeynəb Abbasova isə 547 xallıq nəticə ilə bürünc medal qazanıb. Kişilərin mübarizəsində Rəsul Məmmədov 574 xalla fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Ruslan Lunyov (560 xal) isə üçüncü yeri tutub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.