İDMAN


“Neftçi İdman Klubu”nun üzvləri səmti müəyyənetmə üzrə açıq birincilikdə fərqləniblər

Bakı, 26 noyabr, AZƏRTAC

“Dağçılıq” idman klubunun səmti müəyyənetmə üzrə açıq birinciliyi keçirilib.

AZƏRTAC xəbər verir ki, Nabran qəsəbəsindəki meşə zolağında təşkil olunan yarışda 50-yə yaxın idmançı qalib adı uğrunda mübarizə aparıb.

“Neftçi İdman Klubu”nun təmsilçiləri də turnirdə bacarıqlarını nümayiş etdiriblər. Klubun üzvü Vladislav Tuzov kişilər arasında qalib adını qazanıb. Gennadi Klim isə üçüncü yeri tutub.

Zərif cinsin nümayəndələri arasında keçirilən yarışda Anna Kamayeva gümüş medala layiq görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.