İDMAN


“Neftçi” Mirabdulla Abbasov ilə müqavilənin müddətini uzadıb

Bakı, 3 avqust, AZƏRTAC

“Neftçi” Mirabdulla Abbasovla müqavilənin müddətini uzadıb.

AZƏRTAC xəbər verir ki, iyirmi üç yaşlı hücumçu 2019/2020-ci illər mövsümünün sonunadək “Neftçi”də çıxış edəcək.

Ötən mövsüm 30 oyunda 6 qol vuran Mirabdulla Abbasovun əvvəlki müqaviləsi 2018/2019-cu illər mövsümünün sonuna qədər idi.

Qeyd edək ki, “Neftçi” bundan əvvəl Ruslan Abışov, Kirilo Petrov, Məhəmməd Mirzəbəyov, Emin Mahmudov, Rəhman Hacıyev, Anton Krivotsyuk, Soni Mustivar və Namiq Ələsgərovla müqaviləni yeniləyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.