İDMAN


“Neftçi”-“Olimpiakos” oyununda birinci hissə başa çatıb

Bakı, 28 iyul, AZƏRTAC

UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçirilən "Neftçi"-“Olimpiakos” matçının birinci hissəsi başa çatıb.

AZƏRTAC xəbər verir ki, “Bakcell Arena”da keçirilən matçın 15-ci dəqiqəsində rəqib komanda hesabı açıb. İspaniyalı baş hakim Rikardo de Burqos idarə edtdiyi oyunda Giorqos Masuras fərqlənib.

Matçın birinci hissəsi "Olimpiakos"un minimal üstünlüyü ilə başa çatıb - 1:0.

Qeyd edək ki, ilk görüşdə “Neftçi” rəqibinə 0:1 hesabı ilə uduzub. Bu cütün qalibi növbəti mərhələdə “Mura” (Sloveniya) - “Lüdoqorets” (Bolqarıstan) oyununun güclüsü ilə üz-üzə gələcək. Uduzan tərəf isə UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsində HİK (Finlandiya) ilə qarşılaşacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.