İDMAN


“Neftçi” – “Zirə” matçının hakim təyinatları açıqlanıb

Bakı, 27 noyabr, AZƏRTAC

Futbol üzrə Azərbaycan Premyer Liqasının XI turu çərçivəsində keçiriləcək “Neftçi” – “Zirə” oyununun hakim təyinatları açıqlanıb.

AZƏRTAC Peşəkar Futbol Liqasının (PFL) saytına istinadla xəbər verir ki, noyabrın 28-də “Bakcell Arena”da keçiriləcək matça saat 14:00-da start veriləcək. Görüşü Vüqar Həsənli idarə edəcək.

Həmin gün baş tutacaq “Sumqayıt” – “Zirə” matçı bəzi futbolçuların yenidən COVID-19 testindən keçəcəyi üçün təxirə salınıb.

Noyabrın 29-da “ASK Arena”da keçiriləcək “Keşlə” – “Sabah” oyunu saat 16:00-da başlayacaq. Tura həmin gün keçiriləcək “Səbail” - “Qarabağ” oyunu ilə yekun vurulacaq. Qarşılaşma saat 16:00-da start götürəcək. Bu iki oyunun hakimləri isə hələ müəyyənləşməyib.

Turun bütün görüşləri “CBC Sport” kanalı ilə birbaşa yayımlanacaq.

Qeyd edək ki, 10 turdan sonra turnir cədvəlinə 18 xalla “Qarabağ” klubu başçılıq edir. Eyni xala malik olan “Zirə” ikinci, 17 xalı olan “Neftçi” isə üçüncü yerdə qərarlaşıblar. Digər pillələrdə müvafiq olaraq “Sumqayıt” (15), “Keşlə” (12), “Sabah” (9), “Səbail" (9) və “Qəbələ” (8) yer alıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.