İDMAN


“Neftçi” braziliyalı futbolçusu ilə müqaviləni yeniləməyib

Bakı, 1 iyul, AZƏRTAC

Bakının “Neftçi” futbol klubu hücumçusu Tiaqo Bezerra ilə yollarını ayırıb.

AZƏRTAC klubun saytına istinadla xəbər verir ki, braziliyalı futbolçunun başa çatan müqaviləsi yenilənməyib.

Qeyd edək ki, 2021-ci ilin sentyabrında transfer olunmuş Bezerra “Neftçi”nin heyətində 25 oyuna çıxıb, 10 qola imza atıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.