İDMAN


“Neftçi” klubu Azərbaycan çempionatları tarixində 800-cü ev qolunu vurub

Bakı, 22 fevral, AZƏRTAC

“Neftçi” klubu Azərbaycan çempionatları tarixində 800-cü ev qolunu vurub. Bu, Premyer Liqanın XVI turuna təsadüf edib.

AZƏRTAC xəbər verir ki, “Qəbələ” ilə matçdakı yeganə topun müəllifi Emin Mahmudov yubiley qoluna imza atıb. Bu qarşılaşmayadak keçirdiyi 400 görüşdə “ağ-qaralar” 799 dəfə fərqlənmişdi.

800-cü qoluna 401-ci matçda imza atan bakılıların orta məhsuldarlığı 1,995-ə bərabərdir. “Neftçi” 1992-ci ildən təşkil olunan yarışın tarixində öz meydanında ən çox qol vuran komandadır.

Qeyd edək ki, paytaxt təmsilçisinin ilk ev qolunun müəllifi Yunis Hüseynov olub. O, 1992-ci il mayın 8-də Sumqayıt “Xəzər”i ilə ev qarşılaşmasında (1:0) həlledici qola imza atıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.