İDMAN


“Neftçi” klubu “Fənərbağça”nın futbolçusunu heyətinə cəlb edib

Bakı, 3 yanvar, AZƏRTAC

“Neftçi” futbol klubu transfer çalışmalarını davam etdirir. Klub gənc futbolçu Turan Vəlizadə ilə üçillik müqavilə bağlayıb.

AZƏRTAC xəbər verir ki, 18 yaşlı mərkəz yarımmüdafiəçisi komandanın heyətində 33 nömrəli formanı geyinəcək.

“Əlincə”nin yetirməsi olan Turan Vəlizadə “Qarabağ”ın və Türkiyənin “Fənərbağça” klubunun aşağı yaş qrupunda, eləcə də 16 və 17 yaşadək milli komandalarımızda çıxış edib. O, U-19 yığmamızın üzvüdür.

Qeyd edək ki, bunadək qvineyalı mərkəz yarımmüdafiəçisi Mamadu Kane ilə 3, seneqallı mərkəz müdafiəçisi Mamadu Mbodj ilə isə 2,5 illik müqavilə bağlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.