İDMAN


“Neftçi” klubu Gürcüstan milli komandasının üzvünü transfer edib

Bakı, 4 iyul, AZƏRTAC

Bakının “Neftçi” futbol klubu müdafiəçi transferini həyata keçirib. Gürcüstanlı futbolçu Solomon Kvirkveliya ilə iki il müddətinə müqavilə imzalanıb.

AZƏRTAC kluba istinadla xəbər verir ki, 30 yaşlı müdafiəçi komandanın heyətində 4 nömrəli formanı geyinəcək. Futbolçu Rusiyanın “Rubin”, “Nefteximik”, “Lokomotiv” (Moskva), “Rotor”, Ukraynanın “Metallist 1925” və Gürcüstanın “Qaqra” klublarında çıxış edib.

S.Kvirkveliya Rusiya çempionatının, kubokunun və Superkubokunun qalibi olub. Gürcüstanın U-19 və U-21 yığma komandalarında da forma geyinmiş futbolçu bu ölkənin əsas millisində 45 oyun keçirib. 2014-cü və 2017-ci illərdə Gürcüstanda ilin futbolçusu seçilib.

Qeyd edək ki, “Neftçi” bundan əvvəl yarımmüdafiəçilər – israilli Ataa Caber, İsrail əsilli ABŞ vətəndaşı Kenni Sayef və qanalı hücumçu Qodsvey Donyonu transfer etmişdi.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.