İDMAN
“Neftçi” klubu “Qəbələ” ilə oyuna ciddi itkilərlə çıxacaq
Bakı, 7 dekabr, AZƏRTAC
“Neftçi” klubu “Qəbələ”yə qarşı keçirəcəyi Azərbaycan Premyer Liqasının XIV tur oyununa ciddi itkilərlə çıxacaq.
AZƏRTAC xəbər verir ki, zədəli qapıçı Aqil Məmmədov, müdafiəçi Mamadu Mboc, yarımmüdafiəçilər Sezar Meza Kolli ilə Xorxe Korrea matçı buraxacaqlar.
Flaqmanın “Sumqayıt”la qolsuz heç-heçə etdiyi XIII tur matçından əvvəl əzələsini dartan Yusuf Lavalın və temperaturu yüksək olan Romen Baskın durumu isə hələlik bəlli deyil.
Qeyd edək ki, “Qəbələ”-“Neftçi” matçı dekabrın 15-də keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [17:57]
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
- 28.03.2024 [17:11]
Premyer Liqa: Dörd oyuna hakim təyinatları açıqlanıb
- 28.03.2024 [17:09]
Azərbaycan ağırlıqqaldıranları üçün antidopinqlə bağlı seminar keçirilib
- 28.03.2024 [16:16]
Dünyanın futbol üzrə ən dəyərli “onbirliyi” açıqlanıb
- 28.03.2024 [14:22]