İDMAN


“Neftçi” klubu Türkiyə toplanışına start verib

Bakı, 23 iyun, AZƏRTAC

Yeni mövsümün hazırlığını davam etdirən “Neftçi” futbol klubu təlim-məşq toplanışının ikinci mərhələsi üçün Türkiyədədir. Qardaş ölkənin Topuq yaylası bölgəsində məskunlaşan paytaxt təmsilçisi ilk məşqinə çıxıb.

AZƏRTAC xəbər verir ki, bütün futbolçuların iştirak etdiyi hazırlıq prosesi isinmə hərəkətləri ilə başlayıb. Daha sonra fiziki hazırlıqla bağlı çalışmaları yerinə yetirən Roberto Bordinin yetirmələri məşqi taktiki tapşırıqlardan ibarət ikitərəfli oyunla tamamlayıblar.

Qeyd edək ki, “Neftçi”nin Türkiyədəki təlim-məşq toplanışı iyulun 6-dək davam edəcək. Komandamız hazırlıq prosesi çərçivəsində dörd yoxlama görüşündə gücünü sınayacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.