İDMAN
“Neftçi” klubu UEFA-nın reytinq cədvəlində irəliləyib
Bakı, 15 iyul, AZƏRTAC
“Neftçi” klubların UEFA reytinqində irəliləyib.
AZƏRTAC xəbər verir ki, buna Çempionlar Liqasının birinci təsnifat mərhələsinin nəticələri səbəb olub. Tbilisi “Dinamo”suna hər iki oyunda 2:1 hesabı ilə qalib gələn Bakı klubu əmsalını 7,000-yə çatdırıb. Bu, Bakı təmsilçisini Avropanın 151-cisi adına şərik edib.
Bakı klubu HİK (Finlandiya), “Şturm” (Avstriya), “Riqa” (Latviya), “Buduçnost” (Monteneqro), “Zrinski” (Bosniya və Herseqovina) və “Sürix” (İsveçrə) ilə 151-157-ci yerləri bölüşür. “Dinamo” ilə görüşədək 168-ci olan Samir Abasovun yetirmələri 17 pilləlik sıçrayışa nail olublar.
Qeyd edək ki, digər Azərbaycan klublarının mövqeyi dəyişməyib. “Qarabağ” (17,500) 77-ci, “Keşlə” (4,000) 254-cü, “Qəbələ” (3,500) 290-cı, “Sumqayıt”, “Səbail” və “Zirə” (hamısı 2,525) 337-ci sırada qərarlaşıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [19:15]
Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb
- 19.04.2024 [18:07]
FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub
- 19.04.2024 [17:43]
Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib
- 19.04.2024 [16:23]
Fransalı gimnast: Bakı çox ecazkar və müasir şəhərdir
- 19.04.2024 [16:01]
Azərbaycan gimnastı: Karyeramda ən böyük dəstəkçim anamdır
- 19.04.2024 [15:55]
“Qəbələ” israilli futbolçu ilə vidalaşıb
- 19.04.2024 [15:51]
PFL-in prezidenti: Qəzadan sonra 9 dəfə əməliyyat olundum - MÜSAHİBƏ
- 19.04.2024 [15:19]
MOK-da Baham adaları Olimpiya Komitəsinin vitse-prezidenti ilə görüş olub
- 19.04.2024 [15:12]