İDMAN


“Neftçi” klubu hücumçusunu “Əl Oruba”ya icarəyə verib

Bakı, 22 yanvar, AZƏRTAC

Bakının “Neftçi” futbol klubu hücumçusu Kvame Karikarini icarəyə verib.

AZƏRTAC klubun saytına istinadla xəbər verir ki, 27 yaşlı qanalı cari mövsümün sonunadək Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Əl Oruba” komandasının formasını geyinəcək.

“Əl Oruba” hazırda BƏƏ çempionatının birinci Divizionunda liderdir.

Qeyd edək ki, cari mövsüm “Neftçi”nin heyətində 10 oyun keçirən Karikari 2 qol vurub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.