İDMAN


“Neftçi” klubu öz meydanında “Keşlə”ni məğlub edib

Bakı, 19 fevral, AZƏRTAC

Futbol üzrə Azərbaycan Premyer Liqasında XVI turun daha bir oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, günün ikinci matçında son çempion “Neftçi” klubu “Keşlə”ni qəbul edib.

“Bakcell Arena”da keçirilən qarşılaşma “ağ-qaralar”ın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Meydan sahiblərinin ilk qolunu 21-ci dəqiqədə Sezar Meza Kolli vurub. Bundan dörd dəqiqə sonra Voyislav Stankoviç fərqi iki topa çatdırıb. Ramin Nəsirli isə 44-cü dəqiqədə qonaqları növbəti dəfə cəzalandırıb.

“Keşlə”nin heyətində Felipe Santos 90+3-cü dəqiqədə fərqi azalda bilib.

“Neftçi” qələbə sayəsində xallarının sayını 25-ə çatdırıb və “Zirə” ilə birlikdə 3-4-cü yerləri bölüşdürür. “Keşlə” 14 xalla 6-cı sırada qalıb.

Qeyd edək ki, günün ilk matçında “Qəbələ” “Səbail”i 2:0 hesabı ilə üstələyib. XVI turun “Zirə” – “Sabah” matçı fevralın 20-də olacaq. Turun “Qarabağ” – “Sumqayıt” oyunu mayın 12-nə təxirə salınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.