İDMAN


“Neftçi” klubu yoxlama oyunu keçirəcək

Bakı, 4 iyun, AZƏRTAC

“Neftçi” futbol klubu Premyer Liqanın qarşıdakı 8 oyununun hazırlığını davam etdirir. Artıq üç gündür məşq edən komanda hazırlıq çərçivəsində yoxlama oyunu keçirəcək.

AZƏRTAC xəbər verir ki, “ağ-qaralar” iyunun 9-da saat 18:00-da “Türk Hava Yolları Futbol Mərkəzi”ndə “Keşlə” ilə qarşılaşacaq.

Qeyd edək ki, “Neftçi” uzun fasilədən sonra birinci rəsmi oyununu iyunun 21-də səfərdə “Zirə”yə qarşı keçirəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.