İDMAN


“Neftçi” klubunun futbolçusu Haiti millisinə dəvət alıb

Bakı, 13 mart, AZƏRTAC

“Neftçi” klubunun futbolçusu Soni Mustivar Haiti milli komandasına dəvət olunub.

AZƏRTAC klubun rəsmi saytına istinadla xəbər verir ki, martın 17-dən 25-dək yığmanın düşərgəsində olacaq 29 yaşlı yarımmüdafiəçi KONKAKAF Milli Liqası çərçivəsində martın 24-də keçiriləcək Kuba ilə ev oyununa çağırılıb.

Qeyd edək ki, Soni Mustivar Haiti milli komandasının heyətində 15 oyun keçirib, 2 qolla yadda qalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.