İDMAN
“Neftçi” komandası “Simurq”un məğlubiyyətsiz oyunlar seriyasına son qoyub
AZƏRTAC xəbər verir ki, baş hakim Orxan Məmmədovun idarə etdiyi görüşdə paytaxt komandası “Simurq”u 2:1 hesabı ilə məğlub edərək zaqatalalıların məğlubiyyətsiz oyunlar seriyasına son qoyub. Qolları bakılıların heyətində Araz Abdullayev və Julius Vobay, rəqib komandada isə Marko Stanoyevic vurublar.
Qarşılaşmadan sonra keçirilən mətbuat konfransında “Neftçi” klubunun baş məşqçisi Böyükağa Hacıyev deyib: “Oyunun ağır keçəcəyini bilirdik. Komandamız qolları vaxtında vurdu. Belə bir vaxtda üç xal qazandığımız üçün məmnunuq”.
“Simurq”un baş məşqçisi George Çixradze isə bildirib ki, hər iki hissəyə yaxşı başlamadıq. İlk dəqiqələrdə 2 qol buraxdıq. Lakin özümüzü itirmədik, qol epizodlarımız da oldu. Bir qol vursaq da, ardını gətirə bilmədik. İkinci hissədə yaratdığımız çoxsaylı qol imkanlarından istifadə edə bilmədik. Müdafiənin diqqətsizliyi nəticəsində buraxdığımız qollar komandaya psixoloji təsir etdi.