İDMAN


“Neftçi” komandası bu gün UEFA Konfrans Liqasının üçüncü təsnifat mərhələsində cavab oyununa çıxacaq

Bakı, 11 avqust, AZƏRTAC

UEFA Avropa Konfrans Liqasında mübarizəsini davam etdirən paytaxtın “Neftçi” futbol klubu bu gün turnirin üçüncü təsnifat mərhələsinin cavab oyununa çıxacaq.

AZƏRTAC xəbər verir ki, baş məşqçi Laurentsiu Regekampfın komandası səfərdə Avstriyanın “Rapid” (Vyana) klubu ilə qarşılaşacaq.

Vyanadakı “Alyans” stadionunda oynanılacaq görüşü norveçli Rohit Saqqi idarə edəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.

Xatırladaq ki, bu komandalar arasında bir həftə əvvəl Bakıda keçirilmiş ilk qarşılaşma 2:1 hesabı ilə “Neftçi”nin xeyrinə nəticələnib.

Qeyd edək ki, bu matçın qalibi pley-off mərhələsində “Konyaspor” (Türkiyə) – “Vaduts” (Lixtenşteyn) cütünün güclüsü ilə üz-üzə gələcək. Lixtenşteyndə keçirilmiş ilk oyunda qalib müəyyənləşməyib - 1:1.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.