İDMAN


“Neftçi” növbəti transferini reallaşdırıb

Bakı, 28 yanvar, AZƏRTAC

“Neftçi” qış fasiləsində növbəti transferini gerçəkləşdirib.

AZƏRTAC klubun rəsmi saytına istinadən xəbər verir ki, “ağ-qaralar” Rusiyanın “Ufa” klubundan ayrılan Azərbaycan əsilli yarımmüdafiəçi Azər Əliyevi heyətinə qatıb. Paytaxt təmsilçisi 28 yaşlı oyunçunun keçidini feysbuk səhifəsində paylaşdığı video ilə açıqlayıb.

Futbolçu ilə 3,5 illik müqavilə bağlanıb. 27 yaşlı yarımmüdafiəçi paytaxt təmsilçisində 7 nömrəli formanı geyinəcək. Azər Əliyev Rusiyada "Ufa" ilə yanaşı, "Yenisey", "Saxalin", "Krılya Sovetov" və "Tambov" klublarının da formasını geyinib.

Qeyd edək ki, "Neftçi" bundan əvvəl müdafiəçi Azər Salahlı, yarımmüdafiəçilər Eddi İsrafilov, Gilyerme Pato və qapıçı İvan Brkiçi transfer edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.