İDMAN


“Neftçi” səfərdə “Qarabağ”ı məğlub edib

Bakı, 20 sentyabr, Nicat Məmmədov, AZƏRTAC

Sentyabrın 20-də futbol üzrə Azərbaycan Premyer Liqasında üçüncü tura yekun vurulub.

AZƏRTAC xəbər verir ki, turun son və mərkəzi görüşündə əzəli rəqiblər - “Qarabağ” və “Neftçi” üz-üzə gəlib.

“Azərsun Arena”da keçirilən görüşdə qonaqlar 2:1 hesablı qələbə qazanıblar.

Hesabı 10-cu dəqiqədə Ağdam klubunun hücumçusu Kvabena Ovusu açıb. Cəmi 2 dəqiqə sonra “Neftçi” Voislav Stankoviçin qolu ilə tarazlığı bərpa edib. Komandalar fasiləyə bu hesabla yollanıblar - 1:1.

İkinci hissədə “ağ-qaralar” daha bir qol vurublar. Oyunun 68-ci dəqiqəsində Namiq Ələsgərov qapıçı ilə dueldən qalib ayrılaraq topu boş qapıya göndərib – 1:2.

Səfər qələbəsindən sonra xallarını 6-ya çatdıran “Neftçi” 3-cü pilləyə yüksəlib. “Qarabağ” isə 4 xalla beşinci sıradadır.

Qeyd edək ki, tura sentyabrın 19-da start verilib. “Qəbələ” öz meydanında “Keşlə” ilə qolsuz heç-heçə edib. “Sumqayıt” doğma meydanda “Səbail”ə 2:1 hesabı ilə qalib gəlib. Sentyabrın 20-də isə “Sabah” səfərdə “Zirə”ni məğlubiyyətə uğradıb - 2:0.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.