İDMAN


“Neftçi” səfərdə “Sabah”ın qapısından iki cavabsız top keçirib

Bakı, 19 aprel, Nicat Məmmədov, AZƏRTAC

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXV tura yekun vurulub.

AZƏRTAC xəbər verir ki, həftənin son oyununda "Sabah" "Neftçi"ni qəbul edib. Masazırdakı "Əlincə Arena"da baş tutan matç qonaqların qələbəsi ilə başa çatıb - 2:0.

Matçın 55-ci dəqiqəsində "Sabah"ın sağ cinah müdafiəçisi Novruz Məmmədov ikinci dəfə sarı vərəqə görərək meydandan qovulub, sonra "Neftçi"nin heyətində Namik Ələsgərov dubl edib. O, 59-cu və 62-ci dəqiqələrdə fərqlənib.

Bu qələbədən sonra xalını 55-ə çatdıran "Neftçi" ən yaxın izləyicisi olduğu lider "Qarabağ"la aradakı xal fərqini 2-yə endirib. "Sabah" isə 26 xalla 5-ci pillədə qalıb.

Qeyd edək ki, ilk oyun günündə "Qarabağ" "Keşlə"ni 3:0, "Səbail" isə "Sumqayıt"ı 2:1 hesabı ilə məğlub edib. Bu gün keçirilən "Qəbələ" - "Zirə" matçında isə meydan sahibləri qalib gəlib - 2:1.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.