İDMAN


“Neftçi” üç futbolçu ilə müqaviləni yeniləyib

Bakı, 11 iyun, AZƏRTAC

Ötən mövsüm “Neftçi”nin heyətində çıxış edən 3 futbolçu ilə müqavilə yenilənib.

AZƏRTAC kluba istinadla xəbər verir ki, komandanın kapitanı Ruslan Abışov 2, Məhəmməd Mirzəbəyov isə daha 1 il “ağ-qara” formanı geyinəcək. Ukraynalı arxa xətt oyunçusu Kirilo Petrovla isə müqavilə 1+1 il müddətinə artırılıb.

Qeyd edək ki, ötən mövsüm R.Abışov 30 oyunda 5, K.Petrov 24 görüşdə 1 qol vurub. M.Mirzəbəyov isə 23 oyunda meydana çıxıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.