İDMAN


“Neftçi” və “Qalatasaray” klublarının rəhbərlikləri arasında görüş olub

Bakı, 17 sentyabr, AZƏRTAC

UEFA Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində sentyabrın 17-də üz-üzə gələcək “Neftçi” və “Qalatasaray” klublarının rəhbərlikləri arasında görüş olub.

AZƏRTAC “Neftçi” klubunun “Facebook”dakı səhifəsinə istinadla xəbər verir ki, görüşdən sonra hər iki klubun rəhbərliyi bir-birinə xatirə hədiyyəsi təqdim edib.

Bakı Olimpiya Stadionunda keçiriləcək oyun saat 20:00-da start götürəcək. Koronavirus pandemiyası ilə əlaqədar UEFA-nın qərarına əsasən stadiona azarkeşlər buraxılmayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.