REGİONLAR


Neftçilər gününə həsr olunan “Xəmsə” bilik yarışının qalibləri mükafatlandırılıb

Sumqayıt, 19 sentyabr, Ətrabə Rzayeva, AZƏRTAC

Sumqayıtda SOCAR “Azərikimya” İstehsalat Birliyinin təşkilatçılığı ilə 20 sentyabr – Neftçilər gününə həsr olunan “Xəmsə” bilik yarışı keçirilib. İntellektual oyunda 20 komanda iştirak edib.

AZƏRTAC xəbər verir ki, şəhərin bir sıra idarə, müəssisə və təşkilatlarını təmsil edən komandalar arasında “Azərikimya” İB, “SOCAR-Polymer” MMC, SOCAR Karbamid zavodu, YAP Sumqayıt şəhər təşkilatı, Bakı Ali Neft Məktəbi, Şəhər Təhsil Şöbəsi, Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsi, Gənclərin İntellektual İnkişaf Mərkəzi, Gənclər Evi, “N” saylı hərbi hissə, “BERC GROUP”, Mərkəzləşdirilmiş Kitabxanalar Sistemi və digərlərinin təmsilçiləri bilik mübarizəsinə qoşulub.

Üç seçim və final mərhələsindən ibarət olmaqla, dörd saatdan artıq davam edən bilik yarışında yüksək bilik səviyyəsi, məntiqi və mühakimə yürütmə qabiliyyəti ilə seçilən “BERC GROUP” komandası birinci yerə layiq görülüb. Gənclərin İntellektual İnkişaf Mərkəzi və “Tərəqqi” komandaları isə müvafiq olaraq ikinci və üçüncü yerdə qərarlaşıblar. “Azərikimya” İB-nin komandası həvəsləndirici mükafata layiq görülüb.

Qalib komandalara “Azərikimya” İstehsalat Birliyi Həmkarlar İttifaqı Komitəsi tərəfindən fəxri diplomlar və mükafatlar təqdim olunub. Həmçinin “SOCAR-Polymer” MMC-nin komandası bilik yarışında fəal iştirak etdiyinə və 4 fəal komanda arasında keçirilən şans mərhələsində qalib gəldiyinə görə mükafatlandırılıb.

%MCEPASTEBIN%

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.