CƏMİYYƏT


“Neftçilər” parkında 300 ağac əkilib, abadlıq işləri görülüb

Bakı, 28 oktyabr, AZƏRTAC

Suraxanı rayonunun bütün qəsəbələrində ağacəkmə kampaniyasının növbəti mərhələsi uğurla davam etdirilir.

Rayon icra hakimiyyətindən AZƏRTAC-a verilən məlumata görə, növbəti kütləvi ağacəkmə aksiyası Qaraçuxur qəsəbəsində yerləşən Neftçilər parkında keçirilib.

İməcilikdə iştirak edən 200 nəfər parkda təmizləmə işləri aparıb, abadlıq işləri görüb, mövcud yaşıllıqlara qulluq edib və 300-dən artıq ağac əkib.

Ərazisi 3,4 hektara yaxın olan “Neftçilər” parkının əsaslı təmiri paytaxtın və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı haqqında qəbul edilmiş Dövlət Proqramında da nəzərdə tutulub. İməcilik zamanı parkın ərazisindəki ağaclar budanıb, qurumuş ağaclar ərazidən təmizlənib, yeni suvarma və işıqlandırma sistemləri quraşdırmaq üçün hazırlıq işləri görülüb. İndiyə qədər 3 min kvadrat metrdən çox sahəyə tamet daşı döşənib, 1200 paqonmetr bordür düzülüb. Parkda, eyni zamanda, yeraltı kommunikasiya xətlərinin keçirilməsi üçün tədbirlər görülür, yaşıl ot örtüyü salınacaq əkinə hazırlanır.

“Neftçilər” parkında əhalinin və uşaqların istirahəti üçün hər cür şərait yaradılacaq, yeni oturacaqlar, söhbətgahlar, müxtəlif oyun elementləri quraşdırılacaq, işıqlandırma, yaşıllıq və ağaclar üçün suvarma sistemi quraşdırılacaq.

“Neftçilər” parkının 2018-ci ilin ikinci rübündə rayon sakinlərinin istifadəsinə verilməsi nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.