İDMAN
“Neftçi”nin UEFA Konfrans Liqasındakı potensial rəqibi məlum olub
Bakı, 11 avqust, AZƏRTAC
Paytaxtın “Neftçi" komandasının UEFA Konfrans Liqasının pley-off mərhələsindəki potensial rəqibi məlum olub.
AZƏRTAC xəbər verir ki, baş məşqçi Laurentsiu Regekampfın kollektivi UEFA Avropa Konfrans Liqasının üçüncü təsnifat mərhələsində Avstriyanın “Rapid” (Vyana) komandasını mübarizədən kənarlaşdıracağı təqdirdə, növbəti mərhələdə Lixtenşteynin “Vaduts” klubu ilə qarşılaşacaq.
Lixtenşteyn təmsilçisi öz meydanında keçirdiyi ilk görüşdə 1:1 hesabı ilə bərabərə qaldığı “Konyaspor”u Türkiyədə 4:2 hesabı ilə məğlub edib.
Qeyd edək ki, hazırda Avstriyada davam edən “Rapid”-“Neftçi” görüşündə hesab açılmayıb.