İDMAN


“Neftçi”nin UEFA Konfrans Liqasının pley-off mərhələsindəki potensial rəqibləri bəlli olub

Bakı, 2 avqust, AZƏRTAC

Bakının “Neftçi” futbol klubunun UEFA Konfrans Liqasının pley-off mərhələsindəki potensial rəqibləri müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən püşkatma mərasiminin nəticəsinə görə, Bakı təmsilçisi üçüncü təsnifat mərhələsində Avstriyanın “Rapid” (Vyana) komandasını üstələsə, növbəti raundda “Vaduts” (Lixtenşteyn) – “Konyaspor” (Türkiyə) cütünün qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, pley-off mərhələsinin ilk oyunu avqustun 18-də, cavab matçı isə avqustun 25-də keçiriləcək. “Neftçi”nin “Rapid”lə ilk görüşü avqustun 4-də evdə, cavab qarşılaşması avqustun 11-də səfərdə olacaq. Bu cütün qalibi pley-off mərhələsində ilk görüşünü səfərdə keçirəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.